AzTV-nin əməkdaşı qəzada öldü

Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, AzTV-nin operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçən zaman avtomobil vurub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.