AzTV-nin qocaman operatoru vəfat etdi

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin ən qocaman operatoru dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, AzTV yaranan gündən – 1956-cı ildən burada çalışan Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edib.