AZTV-nin vəzifəli əməkdaşı dünyasını dəyişdi

aztv_lo“Azərbaycan Televiziya və Radio Verilişləri ” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) məsul əməkdaşı dünyasını dəyişib.

Bu barədə AZTV-dən məlumat verilib.

Məlumata görə, qurumun televiziya və radio kompleksinin rəisi Bəxtiyar Həsənov bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

1957-ci il təvəllüdlü Bəxtiyar Həsənov qəfil ürək tutmasından evində dünyasını dəyişib.(Trend)