!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Az TV sədrini öldürməkdə ittiham olunan şəxs: "Silahla ailəmi hədələyir"

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Yenicag.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Aqşin Hüseynov növbəti dəfə ifadə verib. A. Hüseynov bildirib ki, onunla birlikdə həbs olunan şəxslər ona hədə-qorxu gəlir:

“Şücayət Əkbərov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovun ailəsi məni və ailəmi hədələyirlər. Saxlanıldığım həbsxanaya adam göndərirlər. Hətta qohumlarımın üstünə adam göndərirlər. Xahiş edirəm təqsirləndirilən şəxslərin, yaxınlarının telefonları dinlənilsin. Qoçəlinin oğlu mənə hədə-qorxu gəlir. O üzərində silah gəzdirir. Bu silahla da ailəmi hədələyir.

Xahiş edirəm bu məsələ ilə də bağlı tədbir görülsün. Bütün bu təzyiqlərin məqsədi ifadəmi dəyişdirtməkdir”.

Proses mayın 25-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

www.yenicag.az

2794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv