!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlı anasını belə öldürdü – FOTOLAR

!Reklam – Yazi

21 yaşlı ana öz doğum günündə faciəvi şəkildə dünyasını dəyişib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Belarusun Staroe Selo qəsəbəsində yaşayan iki uşaq anası Yuliya Şarkom ailəsi və dostları ilə birlikdə 21-ci doğum gününü qeyd edərkən, bədbəxt hadisənin qurbanı olub.

Gənc ana 2 yaşlı uşağını avtomobilin ön oturacağının yarı açıq pəncərəsindən çölə çıxartmağa çalışıb. Bu zaman uşaq pəncərənin “bağla” düyməsinə basıb.

Boynu şüşə ilə avtomobil arasında sıxılıb qalan ana boğulub. Əri iki uşaq anası olan qadını huşunu itirmiş vəziyyətdə aşkarlayıb.

O, dərhal avtomobilin pəncərəsini qıraraq gənc qadını vəziyyətdən çıxarıb və Yuliya təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Lakin boğulma nəticəsində beyni zədələnən ana 8 gündən sonra dünyasını dəyişib.

Firuzə Alimova

www.yenicag.az

2972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv