Azyaşlı bacılar itkin DÜŞDÜLƏR

Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Qardabani bölgəsində 2 azyaşlı qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gündür itkin düşmüş azyaşlı bacıları axtarır.

Məlumata görə, onlar evi tərk ediblər, lakin bir daha geri qayıtmayıblar.

İtkin düşən uşaqlar barədə hələlik başqa məlumat yoxdur.