Azyaşlı dəm qazının qurbanı oldu

Bakıda və Mingəçecirdə bir gündə iki nəfər dəm qazından zəhərlənib ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 5-də Biləcəri qəsəbəsi ərazisində yaşayan Sadil Abbasov, Mingəçevir şəhərində yaşayan azyaşlı Mətanət Ramazanova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Yeniçağ.az