Azyaşlı qızın qızıl sırğası oğurlandı

Sumqayıtda qadın 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə ələ keçirib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.