Azyaşlı quyuya düşdü – Tovuzda

Tovuz rayonunda azyaşlı quyuya düşüb.

Yenicag.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.