Azyaşlı uşağı elektrik cərəyanı vuraraq öldürdü 

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Bum qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyev qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.