!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlı uşağını xilas etdi, özü maşının altında qaldı - Azərbaycanda ana dramı

!Reklam – Yazi

Abşeron rayonunda dəhşətli yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində “Mercedes” markalı yük maşını yolu keçmək istəyən ana ilə 4 yaşlı uşağı vurub.

Piyada keçidini keçən ana üstlərinə avtomobil gəldiyini görəndə uşağı kənara tullayıb. Qadın özü isə avtomobilin zərbəsinə tuş gəlib. Ana aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müxtəlif bədən xəsarətləri alan 4 yaşlı Cavadov Salman Ucal oğlu isə 1 Saylı Tibbi Kliniki Mərkəzə çatdırılıb.

Həkimlər ona tibbi yardım göstərdikdən sonra azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Qəzanı törədən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Qəzaya yüksək sürətin səbəb olduğunu bildirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.

www.yenicag.az

3137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv