Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azyaşlı uşaq yanğından belə xilas edildi-VİDEO

img1906080Mingəçevirdə yanan evin içərisində qalan azyaşlının xilas edilmə anları kameralar tərəfindən qeydə alınıb.

Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 8a mənzil 10 ünvanında yanğın olub. Elçin Məmmədova məxsus, ümumi sahəsi 90 kvadratmetr olan iki otaqlı evin 1 otağı içərisindəki əşyalarla birlikdə 15 kvadratmetr sahədə yanıb. Yanğın zamanı evdə köməksiz qalan azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas edilib.

Hadisə şahidlərinin bildirdiklərinə görə, ev qəflətən alovlanıb. Yanğın zamanı ev sahibi evdə olmayıb. Hadisə yerinə Mingəçevir şəhər Yanğından Mühafizə Xidmətinin 3 maşını və 15 nəfərlik şəxsi heyəti cəlb olunub. Alovun qarşısı alınıb.

Hələlik yanğının baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. (region TV)

www.yenicag.az

285