Azyaşlı xilas edildi

74864Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.