Azyaşlılar liftdə qaldı – Bakıda

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq azyaşlıların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.​