!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlılar səhnəyə çıxdı - "Sizin üçün" / FOTOLAR

!Reklam – Yazi

Martın 3-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı ilə çıxış edib.

Yenicag.az xəbər verir ki, konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələr ilə çıxış edib.

“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnələrində nənələri, anaları bayram münasibətiylə təbrik etməyi də unutmayıblar. Həmçinin Vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik edib.

Qeyd edək ki, konsertin informasiya dəstəkçilərindən biri Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv