Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs olundu

Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs polis tərəfindən müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilib.

DİN-dən Yenicag.az-a bildirilib ki, paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyalarının satışını təşkil edən 1984-cü il təvəllüdlü İbrahim Mustafayev barəsində məhkəmə qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.