Azyaşlının əli ətçəkən maşında qaldı – Bakıda

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

Yenicag.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.