Azyaşlının əlini ətçəkən maşın doğradı – Sumqayıtda

Sumqayıt şəhərində azyaşlı uşağın 5 əl barmağı amputasiya olunub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Yusif İlkin oğlu Nəzərli anası ətçəkən maşınla işləyərkən əlini maşının içinə salıb və nəticədə maşın onun barmaqlarını doğrayıb.

Azyaşlı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunaraq sağ əlinin beş barmağı amputasiya olunub.