Abşeronda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Yenicag.az Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 59 yaşlı Məhəmməd İsmayılov yaşadığı evin həyətində idarə etdiyi “QAZ-53” markalı yük avtomobili ilə ehtiyatsızlıqdan nəvəsi, 3 yaşlı Cəsur İsmayılovu vuraraq öldürüb.