Baba Vəziroğlu: “Bu parlament seçkiləri xüsusi önəm daşıyır”

“Hazırda yeni bir tarixi dövr yaşayırıq. İlk dəfədir ki, Azərbaycanın bütün ərazisində parlament seçkiləri keçiriləcək və xalqımız öz təmsilçilərini seçəcək”.

Yenicag.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O qeyd edib ki, Azərbaycan bu uğura Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində nail olub:

“Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına başa gələn tarixi qələbənin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir nöqtəsində seçicilər səs verəcəklər. Bu baxımdan bu parlament seçkiləri xüsusi önəm daşıyır. Mən özüm Şuşa və  Xandəndidən yeni qayıtmışam. Orada da parlament seçkilərinə ciddi, yüksək səviyyədə hazırlıq gedir. Hesab edirəm ki, bu parlament yeni reallıqlara uyğun olmalıdır, xalqımızı və dövlətimizi layiqincə təmsil etməlidir”.

COP29