!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Babayanın Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı

!Reklam – Yazi

Xankəndidən İrəvana qaçan separatçı Samvel Babayan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın xeyrinə olduğunu bildirib.

Yenicag.az Publika.az-a istinadla xəbər verir ki, Babayanın bu fikirləri Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Babayan bildirib ki, Ermənistan Mehri yolunun açılmasından imtina edərsə, bu, regional logistikanın inteqrasiya perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regiona, digər tərəfdən İranın Naxçıvana təsirini gücləndirəcək. Onun fikrincə, Ermənistan Azərbaycana Mehridən yol verərsə, regional əlaqə rolunu gücləndirə və qazanc əldə edə bilər.

“Mehri yolu əslində Ermənistana qazanc gətirəcək. Bundan imtina etmək isə Ermənistanın əleyhinədir”, – separatçı Babayan deyib.

Babayanın bu sözləri İrəvanda qarışıqlıq yaradıb. Ermənistan mediası Babayanı Azərbaycana işləməkdə ittiham edir.

COP29

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv