Babayev Almaniyanın XİN rəhbəri ilə görüşdü

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım edilib.

Görüşdə Petersberq İqlim Dialoqunun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək COP29 sammiti istiqamətində həlledici addımdır.