Babək prospekti ilə bağlı yenilik – Tıxaclar aradan qalxacaq

“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsi “Ramstore” qovşağından Yeni Günəşli qəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır. Qeyd olunub ki, Heydər Əliyev prospektindən, yəni “İnter” stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol olan çıxış veriləcək. Bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb. Bundan başqa, Nobel prospektini də yenidən təmir edilməsi planlaşdırılır.

COP29