Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Babək prospektində dəhşətli qəza baş verdi - VİDEO

Dekabrın 21-nə keçən gecə Bakı şəhər Nizami rayonu ərazisində – Babək prospektində dəhşətli yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, saat 23:30 radələrində Babək prospektinin üzü şəhər istiqamətində Bakı şəhər sakini Elvin Aslanov idarə etdiyi “Mercedes E Class” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Daha sonra avtomobil prospektin ortasında yeni quraşdırılmış işıqlandırma dirəyini vuraraq sındırıb. Zərbənin gücündən sürücü və sərnişini xəsarətlər alıb. Piyada isə hadisə yerində ölüb.

Şahidlər bildiriblər ki, qəzanın baş verdiyi ərazidə piyada keçidi yoxdur, bu səbəbdən də insanlar prospektin bir tərəfindən digər istiqamətə keçmək üçün həyatlarını riskə atırlar.

Dəhşətli qəzanın görüntülərini təqdim edirik:

Nizami RPİ tərəfindən araşdırma aparılır./Publika.az/

www.yenicag.az

3958
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100