Babək prospektində yol qəzası – Fotolar

qeza_091215_06esasBu gün səhər saatlarında Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, prospektlə hərəkət edən BMW markalı avtomobil yol ayrıcında yerləşən işıq dirəyinə dəyərək yol-nəqliyyat hadisəsi törədib. Nəticədə hazırda Babək prospektində böyük tixac yaranıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın ilkin səbəbləri kimi yağmurlu hava şəraiti və yüksək sürət ehtimal olunur.