Naxçıvan Muxtar Respublikası (FHN) Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Cəhri qəsəbəsində və Şərur rayonu Çərçiboğan kəndində ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Babək və Şərur Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində Babək rayonu Cəhri qəsəbəsində təxminən 3,4 tonluq ot bağlaması yanıb, 8,5 ton ot isə yanğından mühafizə olunub. Şərur rayonu Çərçiboğan kəndində isə 1,12 tonluq ot bağlaması yanıb, tayanın üzərinə qurulan 21 m2 çardaq yanğından mühafizə edilib.