Türkiyənin Aksaray şəhərində nadir rast gəlinəcək tragikomik hadisə yaşanıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aksaray sakini Sonər Yavrunun bacanağı Həmzə Kölün yük maşınından istifadə etmək məcburiyyəti ona baha başa gəlib.
Sonər Yavru açarı götürdükdən sonra səhvən bacanağının yox, başqa bir yük maşınına əyləşib.
Təsadüfdən Həmzə Kölün maşınının açarı bu yük maşınına da uyğun gəlib və Yavru rahatlıqla mühərriki işə salaraq, yola çıxıb.
Müəyyən məsafə qət etdikdən sonra yol polisləri tərəfindən saxlanılan Yavru maşınları səhv saldığını başa düşüb.
Polis bölməsinə aparılan Sonər Yavru izahat verdikdən sonra sərbəst buraxılıb.
Aqil Bəkir