“Bacanaqlar” serialında Mətləb kimi tanınan Şükran Soltanov qala gecəsinə ilk dəfə olaraq həyat yoldaşı ilə qatılıb.
Cütlük Yenicag.az-ın fotokamerasına poz verib.
Aktyorun xeyli çəki atdığı da diqqətdən qaçmayıb.
Ş.Soltanov saytımıza açıqlamasında buna pəhrizlə nail olduğunu deyib:
“Çox əziyyətlər çəkdim, pəhriz və məşqin hesabına istədiyim görünüşü əldə etdim”.
Ş.Soltanov əslində qol güləşi üzrə idmançı olduğunu və aktyorluğa xobbi kimi baxdığını deyib: “İdmançıyam, sadəcə olaraq seriallara çəkilirəm. Aktyorluq mənim xobbimdir. “Bacanaqlar”, “Ailəcanlı” və digər seriallarda rol almışam”.
Həyat yoldaşının stilist olduğunu deyən aktyor onun qısqanclığını da gizlətməyib:
“Təbii ki, qısqanclıq olur, bu da sevgidən yaranan bir hissdir”.
Cəvahir
Foto:Cəmalə