Millət vəkili, Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun bacısı dünyasını dəyişib.
Yenicag.az-a açıqlama verən deputat bacısının ölümündən çox təsirləndiyini bildirib:
“Onu çox sevirdik. Artıq yaşa dolmuşdu. 88 yaşı vardı. Elə bir ciddi xəstəliyi də yoxuydu. Sadəcə olaraq, artıq yaş öz sözünü deyirdi. Bacı itkisi ağırdır. Çox danışa bilməyəcəm. Başsağlığı verən hər kəsə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl E.İbrahimovun qayınanası da vəfat etmişdi.
Elvin Paşazadə