!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bacımın balasını uşaq evinə atmalıydım? – Nurayın xalasından – EKSKLÜZİV

!Reklam – Yazi

15935940_1718950351753478_1096508739_nBu günün əsas xəbəri olan 10 yaşlı Nurayla bağlı hadisələrə tam aydınlıq gətirmək üçün onun qəyyumu – xalası Mehriban Eldarova ilə əlaqə saxladıq.

O ilk dəfə olaraq, hadisəni tam təfərrüatı ilə Yeniçağ.az-a danışdı.

– Mehriban xanım, Nurayı atasının əlindən qaçırmısınız?

– Yox, biz onun əlindən uşağı məcbur almamışıq. Uşaq məhkəmədən çıxandan sonra mənə tərəf özü qaçıb.

– O, atasının əlindən necə qaçdı?

– İcraçılar məni buraxmırdı, amma mən onların əlindən qurtulub, çölə çıxdım. Uşaq məni görüb, üstümə qaçdı. Mən də onu götürüb evə gəldim.

– Nurayın atası Əvəz Bayramov deyir ki, “ailəmi yığıb, rayona məzuniyyətə getmişəm. Anasıgilə getmək istəyib, aparmışam, üç gündən sonra zəng vurmuşam, deyib ki, boşanıram, istəmirəm. Deyirdi ki, sən reanimasiya şöbəsində gecə növbəsində işləyirsən, nə bilim harada qalırsan?”. Həyat yoldaşınız Eldar Eldarov isə deyir ki, “Əvəz Nurayın 9 ayı olanda anasını və onu çölə atıb”. İndi hansına inanaq?

– Əvəz yalan danışır. Əvəz onları öz anasıgilə kəndə gətirmişdi. O, gedəndən sonra qaynanası bacımı uşaqla gətirdi bizə. Soruşdum nə məsələdir. Heç bir səbəb göstərmədən bircə dediyi o oldu ki, uşağın 5 yaşı olanda sizdən alacağıq.

– Bəs Əvəz necə, ondan sonra maraqlanmadı ailəsi ilə?

– Yox. Nə Əvəz, nə də onun ailəsi bir dəfə də olsun, nə uşaqla, nə də bacımla maraqlanmadılar. O, Nurayı birinci dəfə İcra Şöbəsində görüb. Ondan əvvəl heç vaxt bu adam uşağını görməyə gəlməyib. Bəyəm, bizə gəldi ki, biz qadağa qoyduq uşağı görməyə? Bu kənddə Nurayın bibisi var. Bibi bir dəfə də olsun uşaqla maraqlanmayıb. Nə nənə, nə baba, nə əmi… heç kəs…

– Siz özünüz necə, Əvəzlə əlaqə saxlayıb “anan həyat yoldaşını və qızını səbəb göstərmədən bizə gətirib qoydu. Sənin xəbərin varmı”,- deyə soruşdunuzmu?

– Nurayla bu illər ərzində heç kim maraqlanmadı. Əvəz razılıq verməsəydi, anası gətirib onu bizə qoymazdı. Yox, əgər Əvəzin xəbəri olmadan gətirmişdisə, o, özü maraqlanıb gələrdi və ailəsini götürüb gedərdi. Ancaq bacım demişdi ki, “Əvəz məni kəndə gətirəndə dedi ki, mən evlənirəm”. Bacım özü də müəllimə idi. Getdi işinə qəbul olundu və deyirdi ki, mən ora qayıtmaq istəmirəm. Bizim də borcumuz ona dəstək durmaq idi.

– Əvəz uşağa alement veribmi?

– O, bu günə kimi Naraya 1 manat da olsun alement verməyib. O adam yalnız öz həyatını yaşadı və ailə qurdu. Ancaq yalandan sübut edir ki, hər şey eləmişəm, alement də vermişəm. 10 il ərzində uşağı bir dəfə görməyən ata ona necə aliment verib? Mənim günahım nədir? Pislik eləməmişəm ki… Bacımın balasına sahib çıxmışam. Xala bacısının balasını “uşaq evinə” atmalı idi? Bəs, hamı deməyəcəkdi ki, xala bir uşağı saxlaya bilmədi. Uşağı saxladığım üçün yenə də qınaq obyektindəyəm.

– Əvəz sizinlə qohumdur, yoxsa?

– Onlar təsadüfi tanışlıq nəticəsində ailə qurublar. Onların ailə qurması bir həftə içində baş tutub. O, Qubada qonşu kənddəndir.

– Əvəzlə Rübabə xanım rəsmən boşanıblar?

– Bəli. 2008-ci ilin fevralında rəsmi olaraq boşanmışdılar.

– Əvəz boşananda uşağı tələb etmişdi?

– Xeyr. Heç görüş belə tələb etməmişdi. Heç elə-belə də gəlməyib. Hətta qonşudan belə soruşmayıb ki, “uşağım necədir?”.

– Hazırda Nuray sizdədir. Qətnaməyə əsasən isə atasında olmalıdır…

– Uşaq öz fikrini bildirəcək. O, nə istəsə, o da olacaq.

– Yəqin ki, bilirsiniz də 18 yaşına kimi uşaq ya ailəsinin, ya da qəyyum himayəsi altında sorğu-sual olunur. Yetkinlik yaşına çatmadığına görə qərar verə bilməz…

– Onu hüquq müdafiə edir. Məcbur etmirəm kimi seçsə, onunla da qalacaq.

– Mehriban xanım, sizin öz övladınız var?

– Bəli. Mənim bir övladım var. Nuray da ikincisidir.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv