“Canan bizi evdə ağlamağa qoymur, buna qətiyyən icazə vermir”.
Yenicag.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd “Söhbət var” verilişində deyib.
O, Aygünün qızından danışıb və onun anasının ölümünü hələ də qəbul etmədiyini deyib:
“Aygünün üç mərasiminin səhəri günü evə gələndə gördüm, şəkil çəkir. Soruşdum, nə çəkirsən? Dedi, anamın şəklini. Canan anası haqqında danışarkən kədərlənməyimizi istəmir.
O, bizi inandırır ki, anası ölməyib. Deyir, anam cismən bizimlə deyil, ruhən yanımızdadır, bizimlədir. Canan bizi evdə ağlamağa qoymur, buna qətiyyən icazə vermir.
Aygünün qızı Bülbül adına Musiqi Məktəbində oxuyub, gözəl səsi və musiqi duyumu var. Amma müğənni olmaq istəmir. Buna həvəsi yoxdur. Deyir, rəssam olacam”.
Nehru