!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bacısı Habil Əliyevlə bağlı: “Son nəfəsinədək deyirdi ki…”

!Reklam – Yazi

Bu gün mərhum sənətkar, dünya şöhrətli kaman ustadı Habil Əliyevin doğum günüdür. Dörd ildir ki ailəsi sənətkarın doğum gününü onsuz qeyd edir.

Bacısı Bəsirə Musayeva kaman ustadı ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“Habil həyatda özündən çox doğmaları üçün yaşayıb. Qohumlarını rayondan gətirib, Bakıda oxudub, evində saxlayıb. Hamımıza çörək verib, ev-eşik sahibi edib. Onun bir ənənəsi vardı, hər bazar günü bütün yaxın qohumlar onun evinə yığışırdıq. Dünyasını dəyişəndən sonra da bu ənənəyə əməl edirik.

Habil kamançaya uşaqlığından aşiq olmuşdu. Hələ iki yaşında çömçə ilə oxlovu götürüb kamança kimi ifa edirmiş. Anamgil onu musiqi məktəbinə aparıb. Onu kamançasız təsəvvür etmək mümkün deyil. Ömrünün son günlərində yeriyə bilmirdi. Qolundan tutub stulda otuzdurduq. Həmin vaxt televizorda onun solo ifası nümayiş olunurdu. Qardaşım öz ifasını dinləyib dedi ki, “bu ifadan bir də olmayacaq”. Ölümü qəbul etmək istəmirdi, yaşamaq həvəsi güclüydü. Deyirdi, 100 yaşa qədər yaşayacam. Amma xəstəlik aman vermədi. Xəstə vaxtlarında deyirdi ki, “axı niyə mən belə yatağa düşdüm, axı çox yaşamaq istəyirəm”. Çox darıxırdı. Son nəfəsinə qədər yanında olduq. Deyirdi, getməyin, yanımda qalın, sizsiz çox darıxıram. Bu gün də həyat yoldaşı Şərqiyyə xanım onun ətrini bizdən alır. Hər gün onun yuxusuna girir, Şərqiyyəni çağırır. Yoldaşı deyir, elə bilirəm ki, Habil evdədir, onun ruhunu hiss edirəm”.

Cəvahir

www.yenicag.az

1953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv