Türkiyədə dəhşətli cinayət hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Konya şəhərində Fevzi A. adlı şəxs baldızının əri, eyni zamanda da iş yoldaşı olan şəxsi öldürüb.
Buna isə iş yoldaşının eyni zamanda Fevzi A-nın bacısı ilə yazışması səbəb olub.
Baldızının əri ilə bacısının sevgidolu yazışmasını ələ keçirən Fevzi, nəticədə hər üç şəxsə tapança ilə atəş açıb. Atəş nəticəsində bacısı Sevgi A. və baldızı Ceylan P. yaralansa da, Yaşar Telli həyatını itirib.
Qeyd edək ki, Yaşar Telli ilə Ceylanın 3 uşağı olub.