Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb.
Hadisəni törədən T. Qədimov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.