Bacısını öldürən şəxs saxlanıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Cabbarov 10 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin iddialara görə, hadisədən bir müddət əvvəl qonşu kənddə ərdə olan N.Behbudova ailədaxili narazılıqlar səbəbindən ər evini tərk edərək dayısıgilə gedib. Qardaşı F.Cabbarov bacısını dayısı evindən götürüb öz evlərinə gətirərkən əkin sahəsində taksidən düşürüb. N.Behbudova qaçmaq istədikdə Fəqan ona bıçaqla zərbələr endirib.

COP29