Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bacısını uşaqlarının gözü qarşısında bıçaqladı

7d166807099f4b78ce120fde31f3407eAğsu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

Bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və H. Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Y. Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, qardaşla bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır(APA).

www.yenicag.az

335