Badamdarda son vəziyyət necədir?

Badamdar sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalır.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın saat 21:00-a olan məlumatında deyilir.

Qərargah tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

COP29