Badamdarda son vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın mütəxəssisləri Badamdar sürüşmə sahəsində monitorinqi davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, sürüşmə ərazisində aparılan tədqiqatların saat 21:00-a olan nəticəsinə əsasən ərazidə aktivlik davam edir.

Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.