Badamdarda yenidən sürüşmə baş verdi – Yol bağlandı/YENİLƏNDİ

“Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.

***

Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

Səbail Rayon İcra hakimiyyətindən Yenicag.az-a verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.

Xatırladaq ki, bu ərazidə sürüşmə sonuncu dəfə 2018-ci ilin oktyabrında baş verib.

COP29