Bağça avtobusunda unudulan 3 yaşlı uşaq öldü

Yaponiyanın Makinohara şəhərində bədbəxt hadisə baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 6-da 3 yaşlı uşaq səhər bağça avtobusunda unudulub.

Təxminən 6 saat sonra bağça işçilərindən biri avtobsun qapısını açdığı zaman körpəni huşsuz vəziyyətdə tapıb.

Günvurma diaqnozu ilə xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı şəhər polisi araşdırmalara başlayıb.