Bağça müəllimlərinin işə qəbulu üzrə imtahan nəticələri açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Yenicag.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, noyabrın 16-da tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilib.