Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bağça tərbiyəçiləri özləri tərbiyəlidirmi? – VİDEO

Son günlərdə gündəmə düşən videodan görsənir ki, bağçalardakı işləyən tərbiyəçilərlə bağlı problemlər hələ də öz həllini tapmayıb.

Yenicag.az xəbər verir ki, keçmişdə də sıx-sıx rast gəldiyimiz uşaqlara qarşı zorakılıq, səs tonunun qaldırılması halları hələ də qalıb.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Son hadisə Zığda yerləşən bağçalardan birində baş verib. Dırnaq arası tərbiyəçi valideynlərin “Whatsapp” qrupuna şəkil atmaq istəyərkən səhvən həmin videonu göndərib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycan uşaqları ictimai birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı bildirib: “Mən videoya diqqətlə baxanda orda uşaqlarda bir qorxu gördüm. Yəni bu həmin an baş verən qorxu deyil. Və uşaq o yaşlardan artıq şiddət görürsə biz onun cəmiyyətə ancaq yararsız bir insan kimi formalaşmağını müşahidə edəcəyik”.

2017-ci ildə Milli məclis tərəfindən məktəbəqədər təhsil haqqında qanun layihəsi qəbul edilib. Və qanunda qeyd edilir ki, baxçalarda yalnız bu sahə üzrə ali təhsilli şəxslər çalışa bilər. Lakin hazırda ölkəmizdə 1656 uşaq baxçasında 17000-ə yaxın tərbiyəçinin heçdə hamısının bu sahə üzrə ali təhsili olduğunu deyə bilmərik.

Təhsil Eksperti Kamran Əsədov qeyd edib: “Qanunvericilikdə nəzərdə tutulur ki, 5 ildən bir mütləq şəkildə körpələr evində uşaq baxçalarında çalışanların bilik və bacarıqlarının yoxlanılması üçün attestasiya keçirilməlidir. Eyni zamanda onların psixoloji vəziyyətinin yoxlanılması həyata keçirilməlidir. Amma hal-hazırda bizim 1700-ə yaxın uşaq baxçasında çalışanların heç birinin psixoloji vəziyyəti nəzərə alınmır”.

Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, dünya ölkələrində baxça tərbiyəçilərinin seçimi heçdə bizdəki qədər asan deyil… Tərbiyəçi seçilərkən nəinki bu sahə üzrə təhsil, psixoloji vəziyyətindən tutmuş xarici görünüşə qədər və ən əsası uşaqlarla münasibəti nəzərə alınır.

Sorğudan belə məlum oldu ki, valideynlərin çoxu tərbiyəçilərdən razıdır. Məlum məsələdir ki, valideynlərin çoxusunun belə hadisələrdən xəbəri olmur. Belə halların qarşısını almaq üçün valideynlər daimi övladları ilə söhbətlər aparmalıdır. Onların problemləri ilə maraqlanmalı və belə faktlar varsa yerindəcə bu məsələ həll olunmalıdır.

Loading...

www.yenicag.az

1761
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100