Bağçada işləyənlərin maaşı ilə bağlı MƏLUMAT

Bağçada işləyən 37 mindən çox işçinin maaşı artımla ödənilib.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlikdən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1 670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları ölkə başçısının müvafiq sərəncamları ilə 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanılıb ödənilib

COP29