Bağçaya gedəcək uşaqların sayı açıqlandı

2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 273 uşaq isə məktəbə hazırlıq qruplarında tədrisə cəlb olunacaq.