!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağçaya getmək problemə çevrilibsə…

!Reklam – Yazi

img_5113-1024x6831. Uşağın yanında bağçanın problemlərindən danışmayın.

2. Onu səhər yarım saat tez oyadın. Gündüzlər yatmağa, əgər yatmırsa, sadəcə, bir-neçə saat uzanmağa məcbur edin.

3. Övladınız pis qidalanır? O zaman ona azkalorili yeməklər verin. Bu zaman onun iştahası artacaq və uşaq daha çox qida tələb edəcək. Əgər problem ciddidirsə, tərbiyəçidən yemək zamanı uşağınıza diqqət yetirmənizi xahiş edin.

4. Əgər hər səhər bağçaya getmək və anadan ayrılmaq tamaşaya çevrilirsə, uşağı razı salmağa çalışın. Bağça yolunu gedənə kimi uşağa çantanızı tutmağı, çətirinizi aparmağı buyurub, onun fikrini yayındırın. Bağçadakı yeni, yaxşı uşaqlardan, maraqlı oyuncaq və oyunlardan danışıb, sağollaşın. Sağollaşma mərasiminin uzun çəkməsi uşağa mənfi təsir edir.

5. Bağçaya aparmaq üçün uşağa ən sevdiyi yox, arada oynadığı oyuncaqlar verin. Çünki o, oyuncaqlarını dostları ilə paylaşmalıdır. Əgər uşaq paylaşmağı bacarmırsa, simic böyüyər.

 

Yenicag.Az

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv