İraqın paytaxtı Bağdadda idman kompleksinin tikintisində çalışan 18 Türkiyə vətəndaşıhərbi geyimdə olan maskalı şəxslər tərəfindən qaçırılıb.
Yenicag.az xəbər verir ki, qaçırılan şəxslər zorla avtomobillərə mindirilərək oradan uzaqlaşdırlıb. Qeyd edək ki, işçilər yatan zaman əraziyə basqın edilib. Oraya nəzarət edən mühafizə işçisi də zərərsizləşdirilib.
Türkiyə tərəfi isə məsələ ilə bağlı İraq rəsmiləri ilə danışıqlar aparıldığını qeyd edib. Tez bir zamanda türklərin xilas olunacağı ifadə edilib.