İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində 9 nəfər ölüb.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, şəhərin cənub-qərbində minalanmış avtomobil partladılıb.
Hadisə nəticəsində ərazidə yerləşən yaşayış binaları, mağazalar və nəqliyyat vasitələrinə ziyan dəyib.
Partlayışa görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Yeniçağ.Az