Bağdadda qanlı gün-5 ölü

bagdatta_kanli_gun_5_olu_1419248039_8896İraqın paytaxtı Bağdadda baş verən hücum zamanı 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Yenicag.az saytının Türkyə mediasına istinadən məlumat verir ki, Bağdadın cənubunda Əl-Yusifiyyə qəsəbəsində yerləşən bazarın yaxınlığında baş verən partlayışda 3 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Şəhərin şimal hissəsindəki Ət-Tarimiyyə məhəlləsində isə nəzarət məntəqəsinə edilən hücumda isə 2 nəfər qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, İŞİD-lə Peşmərgə və Şiə könüllüləri arasında atışma davam edir. Nəticədə paytaxt Bağdad mütəmadi olaraq, ağır artilleriyadan hücuma məruz qalır.