Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bağdadın “yaşıl zona”sı raket atəşinə məruz qalıb

İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona” adlandırılan inzibati rayonu reaktiv raketlərdən atəşə tutulub.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, atəş bu dəqiqələrdə də davam etdirilir. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Bağdadda kütləvi etirazlar zamanı iğtişaşlar baş verib. Son məlumata görə, etirazçılarla polis arasında toqquşmalarda 7 nəfər ölüb.

Yeniçağ.Az

www.yenicag.az

493