İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bağdadinin həyat yoldaşını, bacısını və yeznəsini Suriya tərəfində tutduq. Hal-hazırda biz ən güclü formada əməliyyatları davam etdiririk. Terrror qruplaşması ilə apardığımız mücadilə hər zamankından daha güclü formada davam edir”, – Prezident bunu ilk dəfə açıqladığını deyərək, qeyd edib.
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb. Türkiyə ötən gün təşkil olunan əməliyyatla bacısı Rəsmiyə Avadı yaxalayıb.